Pedofiliya ittihamları fonunda məşhur reperin konsertləri LƏĞV EDİLİB
Reper Oxxxymiron (əsl adı Miron Fedorov) ilə bağlı pedofiliya iddiaları fonunda onun Böyük Britaniya və İrlandiyada keçirilməsi planlaşdırılan konsertləri ləğv edilib.
Ajans.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" kimi qeydiyyata alınmış sənətçinin Avropa turnesi çərçivəsində sentyabr ayında Dublin və London şəhərlərində keçirilməsi nəzərdə tutulan konsertlər baş tutmayacaq.
Mövzular: