Reklam resmi
Reklam resmi

Dünyada humanitar böhran dərinləşir: 1 milyon qadın KÖMƏKSİZ QALIB

Dünyada humanitar böhran dərinləşir: 1 milyon qadın KÖMƏKSİZ QALIB
Dünya

Son bir il ərzində azı 1 milyon qadın və qız humanitar yardıma çıxış imkanını itirib.

Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyinin istinad etdiyi BMT-nin Qadınlar üzrə qurumunun (UN Women) hesabatında bildirilib.

Hesabata əsasən, BMT proqramlarının maliyyələşdirilməsinin azalması nəticəsində milyonlarla qadın və qız həyati əhəmiyyət daşıyan humanitar dəstəkdən məhrum qalıb.

Sənəddə qeyd olunur ki, humanitar yardımın maliyyələşdirilməsində rekord səviyyədə azalma fonunda, 2025-ci ilin yanvar ayından etibarən ehtiyacların əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, qadınların rəhbərlik etdiyi humanitar təşkilatların təxminən 90 faizi artıq ehtiyacları yerində qarşılaya bilmir.

UN Women vurğulayır ki, maliyyələşmənin azalması humanitar sektorda ciddi boşluqlar yaradır. Çünki bir çox hallarda münaqişə və böhran bölgələrində yaşayan qadın və qızlara yardım göstərə bilən yeganə qurumlar məhz bu təşkilatlardır.

author picture
Leyla Bayandurlu
Mövzular:
BMT humanitar böhran

Digər Xəbərlər