Reklam resmi
Reklam resmi

Vüqar Mustafayev Selçuk Bayraktar və Birol Akgünlə görüşüb

Vüqar Mustafayev Selçuk Bayraktar və Birol Akgünlə görüşüb
Siyasət, Xarici siyasət

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyə səfiri Birol Akgünlə görüşüb

Müdafiə Sənayesi Nazirliyindən Ajans.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.

Qeyd olunub ki, “Baykar” şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və həyata keçirilən birgə layihələr ölkələrimiz arasında mövcud olan tərəfdaşlığın inkişafına mühüm töhfələr verir.

Müzakirələr zamanı tərəflər hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Mövzular:
Müdafiə Sənayesi Nazirliyi Vüqar Mustafayev Selçuk Bayraktar Birol Akgün

Digər Xəbərlər