Reklam resmi
Reklam resmi

Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Siyasət, Xarici siyasət

İyulun 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliyanın Müdafiə Nazirliyinin milli silahlanma direktoru, admiral Caçinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ajans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

​Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan müdafiə sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan-İtaliya əlaqələrinin bir çox sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən admiral C.Ottaviani qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycanİtaliya arasında hərbi əməkdaşlığın hər iki dövlətin müdafiə qüdrətinin yüksəldilməsinə töhfə verəcəyindən əminliyini ifadə edib.

İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mövzular:
Müdafiə Nazirliyi Azərbaycan İtaliya Zakir Həsənov

Digər Xəbərlər