Reklam resmi
Reklam resmi

Ronaldo son dünya çempionatını keçirdiyini açıqladı 

Ronaldo son dünya çempionatını keçirdiyini açıqladı 
İdman

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerasında sonuncu dəfə dünya çempionatında iştirak etdiyini bildirib.

Ajans.az xəbər verir ki, 41 yaşlı futbolçu bunu DÇ-2026-nın 1/8 final mərhələsində İspaniya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

“Bəli, bu dünya çempionatı mənim üçün sonuncu olacaq. Ən əsası ondan tam zövq almaqdır”, - deyə Ronaldu bildirib.

Bu açıqlamadan sonra portuqaliyalı ulduzun 2030-cu ildə Portuqaliya, İspaniya və Mərakeşin ev sahibliyi edəcəyi dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Portuqaliya - İspaniya matçı iyulun 6-da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mövzular:
DÇ-2026 Portuqaliya millisi Kriştiano Ronaldo

Digər Xəbərlər