Reklam resmi
Reklam resmi

FIFA   futbolçuya güzəşt edib 

FIFA   futbolçuya güzəşt edib 
Dünya

Dünya çempionatının 1/16 final mərhələsinin Bosniya və Herseqovina ilə matçında qırmızı vərəqə alan ABŞ millisinin futbolçusu Folarin Baloqan Belçika yığmasına qarşı 1/8 final matçında meydana çıxa biləcək.

Ajans.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında bildirilib.

Bildirilib ki, 25 yaşlı hücumçunun 1 oyunluq diskvalifikasiyası dayandırılıb. Forvarda 1 illik sınaq müddəti təyin edilib.

Baloqan Bosniya və Herseqovinaya 2:0 hesabı ilə qalib gəldikləri görüşdə rəqib futbolçu Tarik Muharemoviçin topuğuna açıq ayaqla zərbə endirdiyi üçün meydandan qovulmuşdu.

Qeyd edək ki, ABŞ – Belçika oyunu iyulun 7-də keçiriləcək.

Mövzular:
Dünya çempionatı Bosniya və Herseqovina Folarin Baloqan FIFA

Digər Xəbərlər