Fransada muzeydən 4 milyon avro dəyərində OĞURLUQ
Fransanın şərqində yerləşən Vinjen-sür-Moder kommunasındakı "Lalique" Zərgərlik Muzeyindən təxminən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.
Ajans.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti istintaqa yaxın mənbəyə
istinadən məlumat yayıb.Məlumata görə, oğrular ümumilikdə 20-yə yaxın zinət əşyasını
ələ keçiriblər. İlkin hesablamalara əsasən, dəymiş zərər təxminən 4 milyon avro
təşkil edir.
Hadisə yerli vaxtla saat 05:30 radələrində baş verib. Binaya
daxil olan naməlum şəxslər birbaşa zinət əşyalarının saxlanıldığı zala yönəliblər.
Siqnalizasiya işə düşsə də, oğrular hadisə yerindən qaçmağa
müvəffəq olublar. Mühafizə şirkətinin əməkdaşları siqnalın səbəbini araşdırdığı
vaxt hadisə yerinə ilk gələn muzeyin təmizlik işçisi olub və polisə məlumat
verib.