Bu millinin baş məşqçisi təyin edildi
Yurgen Klopp Almaniya milli komandasının baş məşqçisi təyin edilib.
Ajans.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial media səhifəsində məlumat yayıb.
Yaxın günlərdə bu təyinatın rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, iyulun 3-də Almaniya Futbol Assosiasiyası (DFB) Julian Nagelsmannın müqaviləsinin vaxtından əvvəl ləğv olunduğunu elan edib.
Almaniya millisi DÇ-2026-da çıxışını 1/16 final mərhələsində başa vurub. Komanda Paraqvaya əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Klopp son olaraq "Liverpul"u çalışdırıb. 2024-cü ildə İngiltərə klubundan ayrılan almaniyalı mütəxəssis "Maynts" və Dortmund "Borussiya"sının da baş məşqçisi olub.
Mövzular: