ABŞ onların axtarışlarını DAYANDIRDI
ABŞ Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizində helikopterin qəzaya uğramasından sonra itkin düşən hərbçinin axtarış-xilasetmə əməliyyatını dayandırıb.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ HDQ-nin məlumatında deyilir.
Məlumata görə, hərbçilər 102 saatdan artıq davam edən axtarışlar zamanı 36 min kvadratkilometrdən çox ərazini yoxlayıblar.
Qeyd edək k, qəzaya uğrayan helikopter ABŞ-ın "Corc H.W. Buş" adlı aviadaşıyıcının tərkibində fəaliyyət göstərirdi. Qəza zamanı ekipajın dörd üzvündən üçü xilas edilmişdi.
Mövzular: