Reklam resmi
Reklam resmi

Neymar Venesueladakı zəlzələ qurbanlarına 250 min dollar ianə etdi

Neymar Venesueladakı zəlzələ qurbanlarına 250 min dollar ianə etdi
Dünya

Braziliya millisinin və "Santos" klubunun hücumçusu Neymar Venesuelada baş vermiş dağıdıcı zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə 250 min ABŞ dolları ianə edib.

Ajans.az xəbər verir ki, bu barədə Lance nəşri məlumat yayıb.

Bildirilib ki, ayrılan vəsait zərərçəkənlərə ərzaq və içməli suyun çatdırılması, dərman vasitələrinin alınması, eləcə də müvəqqəti sığınacaqların yaradılması üçün istifadə olunacaq.

Xatırladaq ki, Venesuelada güclü zəlzələ iyunun 24-də baş verib. Son məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1719 nəfərə çatıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Braziliya Neymar Venesuela zəlzələ

Digər Xəbərlər