Konqoda Ebola yoluxmaları 1300-Ü KEÇDİ
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı artmaqda davam edir. Ölkədə laboratoriya analizləri ilə təsdiqlənmiş yoluxmaların sayı 1307-yə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının Rabitə və Media Nazirliyi məlumat yayıb.
Məlumata görə, indiyədək virusdan 377 nəfər ölüb. Ölüm göstəricisi 28,8 faiz təşkil edir.
Hazırda 615 nəfər xəstəxanalarda və təcrid mərkəzlərində müalicə alır, 180 nəfər isə sağalaraq evə buraxılıb. Təmasda olmuş şəxslərin izlənilməsi göstəricisi 81,3 faizə çatıb.
Qeyd edək ki, hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və qonşu Uqandada qeydə alınıb. Epidemiya Konqonun üç əyalətini əhatə edir.
Uqandada isə indiyədək 20 yoluxma faktı təsdiqlənib, onlardan ikisi ölümlə nəticələnib.
Mövzular: