Reklam resmi
Reklam resmi

Zəlzələdən saatlar əvvəl deportasiya olundular: Venesuelada 100-dən çox insan yoxa çıxdı

Zəlzələdən saatlar əvvəl deportasiya olundular: Venesuelada 100-dən çox insan yoxa çıxdı
Dünya

Venesuelada baş verən güclü zəlzələlərdən bir neçə saat əvvəl ABŞ-dan deportasiya edilən 100-dən çox şəxsin taleyi naməlum olaraq qalır.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, çərşənbə günü Mayamidən Venesuelaya enən deportasiya reysi ilə ölkəyə 146 nəfər, o cümlədən 19 qadın və 7 uşaq gətirilib. Human Rights First təşkilatının təşəbbüsü olan ICE Flight Monitor layihəsinin məlumatına əsasən, onlar La Guaira şəhərində yerləşən otellərdən birinə yerləşdiriliblər.

Zəlzələlər baş verdikdən sonra otelin ciddi ziyan gördüyü, çox sayda insanın dağıntılar altında qaldığı bildirilir. Hadisədən sağ çıxanların sözlərinə görə, hazırda 100-dən çox deportasiya edilən şəxsin taleyi naməlumdur.

58 yaşlı Lisbet Portilyo bildirib ki, o, təxminən 20 nəfərlə birlikdə dağıntılar altından xilas ola bilib. Onun sözlərinə görə, La Guairada insanlar binanın dağıntıları altından çətinliklə çıxır, bəziləri ayaqyalın, bəziləri isə üzərlərində geyim olmadan küçələrə qaçırdı.

"Təxminən beş kilometr piyada getdik. Mən ağlayırdım, heç bir rabitə əlaqəsi yox idi", – deyə Portilyo Venesuelanın Marakaybo şəhərindəki evindən telefonla verdiyi müsahibədə bildirib.

Sağ qalanlar daha sonra Milli Qvardiyanın binasına çataraq yaxınları ilə əlaqə saxlaya biliblər.

Hazırda xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir. Hadisə nəticəsində itkin düşənlərin dəqiq sayı və onların taleyi ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela ABŞ deportasiya zəlzələ

Digər Xəbərlər