Reklam resmi
Reklam resmi

Bu ölkənin millisi Dünya Kubokunda antirekorda imza atdı

Bu ölkənin millisi Dünya Kubokunda antirekorda imza atdı
Dünya

2026-cı il Dünya Kubokunun 1/32 final mərhələsində Hollandiya millisi Mərakeşlə qarşılaşıb. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Mərakeş 3:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Ajans.az xəbər verir ki, bu barədə beIN SPORTS məlumat yayıb.

Bu nəticə Hollandiya millisinin Dünya Kubokları tarixində qeyri-adi antirekordla yadda qalmasına səbəb olub. Belə ki, komanda ardıcıl üçüncü dəfə əsas və ya əlavə vaxtda məğlub olmadan turnirlə penaltilər seriyasında vidalaşıb.

Son 12 il ərzində Hollandiya nə qrup mərhələsində, nə də pley-off oyunlarında əsas və ya əlavə vaxtda uduzub. Lakin komanda üç dəfə penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

Belə ki, niderlandlılar 2014-cü il Dünya Kubokunun yarımfinalında Argentinaya (0:0, penaltilər – 2:4), 2022-ci il Dünya Kubokunun 1/4 finalında yenidən Argentinaya (2:2, penaltilər – 3:4), 2026-cı il mundialının 1/32 finalında isə Mərakeşə (1:1, penaltilər – 2:3) uduzublar.

Hollandiya millisi Dünya Kubokunda sonuncu dəfə əsas vaxtda 2006-cı ildə 1/8 final mərhələsində Portuqaliyaya 0:1 hesabı ilə məğlub olmuşdu.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dünya Kuboku Hollandiya

Digər Xəbərlər