Monakoda baş verən partlayışa görə Zelenskini günahlandırdı
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi hakimiyyəti Monakoda baş vermiş partlayışla əlaqələndirən açıqlama verib.
Ajans.az xəbər verir ki, Filippot bu barədə X sosial şəbəkəsində paylaşım edib.
"Zelenskinin rejimi açıq şəkildə həddi keçib. İndi qanlı hücumlar törətmək üçün birbaşa sahillərimizə gəlir", – deyə o yazıb.
Fransalı siyasətçi həmçinin Ukraynaya maliyyə yardımının və silah tədarükünün dayandırılmasına çağırıb. Bundan əlavə, o, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin Fransanın Milli Bayramı – Bastiliya Gününə həsr olunmuş hərbi paradda iştirakını tənqid edib.
Qeyd edək ki, Florian Filippotun səsləndirdiyi iddialarla bağlı hər hansı rəsmi sübut təqdim olunmayıb. Həmçinin Ukrayna tərəfi məsələ ilə bağlı açıqlama verməyib. Hazırda Monakoda baş vermiş partlayışın təşkilatçıları ilə bağlı rəsmi istintaqın nəticələri açıqlanmayıb.
Hier soir à Monaco un homme d’affaires ukrainien Vadim Ermolaev a été la cible, avec sa femme et son fils, d’un attentat ! Les 3 sont gravement blessés. ➡️ Attentat commandité par Zelensky directement sur notre sol ?! L’hypothèse la plus plausible est une action liée aux… pic.twitter.com/NL1weiPw4W
— Florian Philippot (@f_philippot) June 30, 2026