Aİ və Çin məsləhətləşmələrə başlayıb
Avropa İttifaqı (Aİ) ilə Çin arasında ticarət və investisiya sahəsində mövcud fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə Brüsseldə ilk məsləhətləşmə görüşü keçirilib.
Ajans.az xəbər verir ki, görüşdə Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç və Çinin ticarət naziri Van Ventao iştirak ediblər.
Tərəflər ticarət və investisiyaların balanslaşdırılması, ixrac nəzarəti, əqli mülkiyyət hüquqları və Ümumdünya Ticarət Təşkilatının islahatı üzrə işçi qruplarının yaradılması barədə razılığa gəliblər.
Mövzular: