55 yaşlı kişi öz evini YANDIRDI
Balakən rayonunun Qazma kəndində 55 yaşlı kişi özünə məxsus yaşayış evini yandırıb.
Ajans.az xəbər verir ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb.
Kənd sakini Camal Hidayət oğlu Məmmədova məxsus, ikimərtəbəli və 7 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.İlkin araşdırma zamanı müəyyən edilib ki, əsəb xəstəliyindən əziyyət çəkən Camal Məmmədov öz əmlakını qəsdən yandırıb. Onun evdə tək yaşadığı, ailə üzvlərinin isə hazırda Qazaxıstan Respublikasında yaşadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: