Reklam resmi
Reklam resmi

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ 

\"Amay\"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ 
Hadisə

Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, "Amay" ticarət mərkəzi ərazisindən çağırış qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə lent.az-a TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

1991-ci il təvəllüdlü şəxsə skalpın kəsilmiş yarası diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib. Müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, kişinin başına daş düşdüyü bildirilir.

Mövzular:
amay kişi daş təbib

Digər Xəbərlər