Ağır qəza BAŞ VERİB: ÖLƏN VAR
Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə iyulun 27-də Quba–Qusar avtomobil yolunun Dağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Adil Nadir oğlu Qasımovun idarə etdiyi minik avtomobili əks istiqamətdə hərəkətdə olan, Elnur Mərdan oğlu Bağırovun idarə etdiyi yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü Adil Qasımov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır.
Mövzular: