Dəhşətli QƏZA: Ölən VAR
Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə Quba-Qusar avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili yük maşını ilə çırpılıb. Güclü zərbənin təsirindən minik maşınının sürücüsü - Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)
Mövzular: