Həm Qazaxıstanda deputat seçilib - FOTO
Qazaxıstanda yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi Vidadi Fərzəliyev 2025-ci il martın 31-də 8-ci Aktobe şəhər məclisinin deputatı seçilib.
Bu barədə Ajans.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, Vidadi Fərzəliyev 2 sentyabr 1993-cü ildə anadan olub. Soydaşımız 2012-2024-cü illərdə Aktobedə Azərbaycan diasporunun gənclər təşkilatının sədri, 2023-cü ildən Aktobe şəhər məclisinin ictimai şurasının üzvü, 2024-cü ildən Aktobedəki Azərbaycan diasporu sədrinin birinci müavini olub. Əmək və ictimai fəaliyyətindəki nailiyyətlərinə görə Qazaxıstan dövləti tərəfindən dəfələrlə sertifikat və təşəkkürnamələrlə təltif edilib.
deputat seçilib - FOTO" title="Həm Qazaxıstanda deputat seçilib - FOTO" src="https://unikal.az/photos/unikal/1744185682_soydasimiz-deputat-2.jpeg" width="806" height="1075">
deputat seçilib - FOTO" title="Həm Qazaxıstanda deputat seçilib - FOTO" src="https://unikal.az/photos/unikal/1744185682_soydasimiz-deputat-3.jpeg" width="804" height="1072">