Reklam resmi
Reklam resmi

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub 

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub 
İdman

Fransa Futbol Federasiyasının mətbuat xidməti milli komandanın yeni baş məşqçisinin Zinəddin Zidan olduğunu açıqlayıb. Mütəxəssislə 2030-cu ilədək nəzərdə tutulan müqavilə imzalanıb.

Ajans.az xəbər verir ki, Fransa millisi 2026-cı il dünya çempionatındakı çıxışını Didye Deşamın rəhbərliyi altında başa vurub. Deşam turnirin başa çatmasından sonra vəzifəsindən ayrılacağını daha əvvəl bəyan etmişdi.

Dünya futbolunun əfsanəsi olan "Zizu" 2021-ci ildən bəri məşqçi kimi fəaliyyət göstərmirdi. O, daha əvvəl iki dəfə Madridin "Real" klubuna rəhbərlik edib: ilk dəfə 2016–2018-ci illərdə, ikinci dəfə isə 2019–2021-ci illərdə. Onun rəhbərliyi altında Madrid təmsilçisi 11 titul qazanıb, o cümlədən ardıcıl üç mövsüm UEFA Çempionlar Liqasının qalibi olub.

Mövzular:
Fransa Futbol Federasiyası Zinəddin Zidan

Digər Xəbərlər