U-18 basketbol millimiz ilk qrup qələbəsini qazanıb
Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda ikinci qrup oyununu Ukrayna seçməsinə qarşı keçirib.
Ajans.az xəbər verir ki, Xorvatiyada keçirilən qitə birinciliyində yığma ilk hissəni geridə tamamlasa da, sonradan geri döünş edərək 77:68 hesablı qələbəyə sevinib.
Görüşün ən dəyərli basketbolçusu (MVP) 20 xal, 17 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Bu qələbə U-18 millimizin Avropa çempionatı B divizionunda qazandığı ilk qrup qələbəsi kimi də tarixə düşüb.
Mövzular: