Reklam resmi
Reklam resmi

Paşinyan Putinlə telefonla danışdı

Paşinyan Putinlə telefonla danışdı
Dünya

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Ajans.az xəbər verir ki, həmsöhbətlər Ermənistan-Rusiya münasibətlərinin gündəliyi, xüsusən də ikitərəfli iqtisadi münasibətlərdə yaranan məsələlər barədə fikir mübadiləsi aparıblar.

Nikol Paşinyan Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin Ermənistan-Rusiya hüquqi çərçivəsinə və Avrasiya İqtisadi Birliyinin qaydalarına zidd olduğunu vurğulayıb və bu məsələlərin həlli üçün tədbirlər görülməsini istəyib.

Mövzular:
PUTİN paşinyan ermənistan baş nazir telefon rusiya

Digər Xəbərlər