Makqreqor 1 il döyüşə bilməyəcək
Keçmiş UFC çempionu Konor Makqreqor amerikalı Maks Hollouey ilə döyüşdə aldığı zədəyə görə 1 il ərzində döyüşə bilməyəcək.
Ajans.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt mətbuat konfransında bildirib.
Uaytın sözlərinə görə, Makqreqorun dizinin ön çarpaz bağı zədələnib.
Qeyd edək ki, Konor Makqreqorun 5 illik fasilədən sonra ilk döyüşündə - Las-Veqasda keçirilən UFC turnirində görüş başladıqdan 65 saniyə sonra texniki nokautla Holloueyə məğlub olub. İrlandiyalı idmançı ilk saniyələrdə dizini zədələyib və döyüşü davam etdirə bilməyib.
Mövzular: