Fransada 200 minə yaxın insan təxliyə edilib
Fransanın cənub-qərbində baş verən meşə yanğınları səbəbindən son üç gün ərzində təxminən 200 min nəfər təxliyə edilib.
Ajans.az xəbər verir ki, Jironda və Land əyalətlərində günlərdir davam edən və geniş əraziləri əhatə edən meşə yanğınları hələ də nəzarət altına alınmayıb.
Qeyd olunub ki, iyulun 22-dən bu yana 32 min 700 hektar ərazi yanıb.
Mövzular: