Reklam resmi
Reklam resmi

Güləş üzrə dünya çempionatının medalları təqdim olunub

Güləş üzrə dünya çempionatının medalları təqdim olunub
İdman

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının medalları təqdim olunub.

Azərbaycan Güləş Federasiyasından Ajans.az-a verilən məlumata görə, çempionatın medalları özünəməxsus dizaynı ilə seçilir.

Medalın kənarlarında Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli xalçaçılıq naxışlarından istifadə olunub.

Bu elementlər yarışın ev sahibi olan Azərbaycanın tarixi-mədəni dəyərlərini ön plana çıxarmaqla yanaşı, medallara xüsusi estetik görünüş qazandırır.

Diametri 10 santimetr olan medallardan ümumilikdə 120 ədəd hazırlanıb. Yarışda 30 qızıl, 30 gümüş və 60 bürünc medal sahibini tapacaq.

Mövzular:
Güləş dünya çempionatı medal

Digər Xəbərlər