Reklam resmi
Reklam resmi

Türkiyədə hava ilə bağlı xəbərdarlıq edilib 

Türkiyədə hava ilə bağlı xəbərdarlıq edilib 
Dünya

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əlverişsiz hava şəraiti ilə əlaqədar 35 vilayət üzrə "narıncı" və "sarı" meteoroloji xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki, bu barədə AFAD-ın sosial media hesabında paylaşılan məlumatda qeyd olunub.

Məlumata əsasən, Samsun, Sinop və Ordu da daxil olmaqla 13 vilayət üçün "narıncı", Ankara, İstanbul və Konya da daxil olmaqla 22 vilayət üçün isə "sarı" kodlu xəbərdarlıq elan edilib.

AFAD vətəndaşları güclü yağış və əlverişsiz hava şəraiti ilə əlaqədar diqqətli və ehtiyatlı olmağa çağırıb.

Mövzular:
türkiyə hava xəbərdarlıq afad

Digər Xəbərlər