Tanınmış tennisçi futbolçu oldu
Avstriyalı tennisçi - dünya reytinqinə düşən üçüncü tennis ustası Dominik Tiem futbolla məşğul olmaq qərarına gəlib.
Ajans.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
32 yaşlı idmançı Avstriya çempionatının səviyyəsinə görə səkkizinci divizionunda çıxış edən “Baden” klubu ilə müqavilə imzalayıb.
“Onun həm də yaxşı futbolçu olduğunu eşitmişik. Burada oynayacağını gözləyirəm. Amma əsas heyətdə yer qazanmaq üçün hər kəs mübarizə aparmalıdır”,-deyə komandanın direktoru Sergey Petroviç deyib.
Mövzular: