Ford 565 minə yaxın avtomobili geri çağırır
Ford şirkəti yanğın riski səbəbilə ABŞ-da 565 min 691 nəqliyyat vasitəsini geri çağırır.
Ajans.az xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatında qeyd olunub.
Bildirilib ki geri çağırışa səbəb mühərrik bölməsində baş verə biləcək qısaqapanmalardır. Qısaqapanmalar istilik və ya qığılcım yaradaraq avtomobillərdə yanğın riskini artıra bilər.
Mövzular: