Reklam resmi
Reklam resmi

Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri artıb 

Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri artıb 
İqtisadiyyat

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 6,516 milyard ABŞ dolları dəyərində 3,049 milyon ton yük daşınıb.

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 73,4 milyon ABŞ dolları və ya 1,1 % çox, həcm ifadəsində isə 13,059 min ton və ya 0,4 % azdır.

Hesabat dövründə Azərbaycandan avtomobil yolu nəqliyyatı vasitələri ilə 1,471 milyard ABŞ dolları dəyərində təqribən 1,367 milyon ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 253,6 milyon ABŞ dolları və ya 20,8 %, həcm ifadəsində isə 66,6 min ton və ya 5,1 % çoxdur.

Mövzular:
Dövlət Gömrük Komitəsi Avtomobil nəqliyyatı beynəlxalq yükdaşımaları

Digər Xəbərlər