Azərbaycanın Avrasiya nəqliyyat karkasının inkişafına yatırdığı investisiyalar artıb
Bu il iyulun 1-nə Azərbaycanın Avrasiya nəqliyyat karkasının inkişafına yatırdığı investisiyalar 3,4 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Ajans.az Avrasiya İnkişaf Bankının "Nəqliyyat layihələri observatoriyası"na istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin göstəricisindən 61,9 % çoxdur.
Hesabat dövründə Avrasiya nəqliyyat karkasının nəqliyyat layihələri platformasına ümumi investisiya həcmi 345 milyard ABŞ dolları olan, həm artıq həyata keçirilən, həm də planlaşdırılan 402 layihə daxil edilib. Daha 100 milyard ABŞ dolları isə hələ icrasına başlanılacaq layihələrin payına düşür.
Mövzular: