Sakinlə iş adamı ÜZ-ÜZƏ: "Əcəb etmişəm, sən kimsən?"
Xəzər rayonunun Zirə kəndində yaşayan sakin ona ata-babasından qalan 12 hektar torpaq sahəsinin təxminən 10-15 il əvvəl qanunsuz olaraq ələ keçirildiyini iddia edir.
Ajans.az xəbər verir ki, şikayətçi Samil Musayev bildirir ki, sözügedən əraziyə dair çıxarış və arxiv sənədləri mövcuddur. Lakin onun sözlərinə görə, iş adamı Feyruz Rzayev torpaq sahəsini zəbt edib, ərazidəki əmlakı dağıdıb və hazırda burada zeytun ağacları əkərək torpaqdan istifadə edir.
Şikayətçinin iddiasına görə, torpaq sahəsinin müqabilində ona heç bir ödəniş edilməyib. Əvəzində başqa ərazidə torpaq söz verilsə də, bu vəd yerinə yetirilməyib.
Mövzular: