Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir?
Bakıda yerləşən 56 nömrəli məktəbin 9-cu sinif şagirdi istəmədiyi halda məktəb direktoru tərəfindən peşə məktəbinə yönləndirilir.
Ajans.az xəbər verir ki, bu iddia ilə şagirdin dayısı Kərim Şərifov "Xəzər Xəbər"ə müraciət edib.
Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə təhsil alan Ramiz Quliyevin dayısı Kərim Şərifovun sözlərinə görə, məktəb rəhbərliyi şagirdi peşə təhsilinə yönləndirir. Bunu nə şagirdin özü, nə də ailəsi istəyir.
Şagird Ramiz Quliyev peşəkar idman karyerası qurmaq üçün 11-ci sinfə qədər oxumaq istəyir.
Mövzular: