Reklam resmi
Reklam resmi

SEPAH Hörmüzlə bağlı xəbərdarlıq etdi 

SEPAH Hörmüzlə bağlı xəbərdarlıq etdi 
Dünya

İran Silahlı Qüvvələrinin bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Hüseyn Möhibi bildirib ki, Hörmüz boğazının cənub marşrutlarından istifadə təhlükəlidir, çünki həmin ərazinin sularında minalar yerləşdirilib.

"Hörmüz boğazının cənubundakı marşrut minalanıb. Bu istiqamətdə hərəkət etmək sərmayələrinizin məhv olmasına aparan yoldur. ABŞ-ın sizi aldatmasına imkan verməyin".

Mövzular:
SEPAH İran hörmüz xəbərdarlıq

Digər Xəbərlər