İran Trampın təhdidlərinə CAVAB VERDİ
ABŞ İrandakı hər hansı bir körpüyə və ya elektrik stansiyasına zərbə endirərsə, Tehran da regiondakı bir sıra infrastruktur və enerji obyektlərinə zərbə endirəcək.
Ajans.az xəbər verir ki, bunu hərbi mənbə ABŞ prezidenti Donald Trampın yeni təhdidinə cavab olaraq bildirib.
"İran bir daha heç vaxt Hörmüz boğazından təhlükənin yaranmasına icazə verməyəcək. Gəmilərin boğazdan keçməsi, İranla əlaqələndirilərsə və İran razılaşmalarına uyğun olaraq həyata keçirilərsə, təhlükəsiz olacaq. Əks halda, İran onu idarə etmək üçün qəti iradəsindən əl çəkməyəcək" - bildirilib.
Mövzular: