Azərbaycanda avtomobil benzini istehsalı artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 706,7 min ton avtomobil benzini istehsal edilib.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,6 min ton və ya 4,5% çoxdur.
Bu ilin iyulun 1-i vəziyyətinə ölkədə hazır avtomobil benzini ehtiyatı 41,7 min ton təşkil edib.
Mövzular: