Reklam resmi
Reklam resmi

Bu ölkədə Prezident seçkiləri OLMAYACQ

Bu ölkədə Prezident seçkiləri OLMAYACQ
Dünya

Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə seçkilərin keçirilməyəcəyini açıqlayıb. O, bu qərarı müxalifət qüvvələrinin hakimiyyətə gəlməsinin qarşısını almaq zərurəti ilə əsaslandırıb.

Ajans.az xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.

Seçkilər artıq keçirilməyəcək ki, onlar (müxalifət partiyaları) hökuməti və hakimiyyəti ələ keçirməyə cəhd edə bilməsinlər”, – deyə Orteqa 1979-cu ildə Somoza ailəsi rejiminin devrilməsi ilə nəticələnən Sandinista İnqilabının 47-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

2007-ci ildən hakimiyyətdə olan prezident qeyd edib ki, hökumət Milli Assambleya və digər dövlət qurumları ilə birlikdə qanunvericilik üzərində işləyəcək.

Onun sözlərinə görə, məqsəd “vətənə xəyanət edən sui-qəsdçilər və xainlər üçün maneələr yaradan qanunların qəbul edilməsidir”.

Nikaraquada növbəti prezident seçkilərinin gələn il keçirilməsi planlaşdırılırdı. Lakin Daniel Orteqa seçkilərin tamamilə ləğv ediləcəyini, yoxsa əvvəlki illərdə olduğu kimi müxalifətin iştirakının məhdudlaşdırılacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, 2021-ci il prezident seçkiləri ərəfəsində Orteqa administrasiyası bir sıra müxalifət partiyalarının fəaliyyətini qadağan etmiş, prezidentliyə namizədliyini irəli sürən əsas müxalif siyasətçiləri isə həbs etmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Nikaraqua Daniel Orteqa

Digər Xəbərlər