Ermənistanda itkin düşən hərbçilərin yaxınlarından çağırış: Azərbaycanlılarla əlaqə saxlamağa hazırıq
44 günlük müharibə zamanı itkin düşmüş erməni hərbçi Sarkis Qukasyanın əmisi Arsen Qukasyan bildirib ki, ailələr artıq ümidlərini nə Ermənistan hakimiyyətinə, nə də beynəlxalq təşkilatlara bağlayırlar və itkin düşənlərlə bağlı məlumatların mübadiləsi üçün Azərbaycan vətəndaşları ilə birbaşa əlaqə yaratmağa hazırdırlar.
Ajans.az xəbər verir ki, bu barədə 20 iyulda Ermənistan hökumət binası qarşısında keçirilən etiraz aksiyasında çıxışı zamanı danışıb.
Qukasyanın sözlərinə görə, itkin düşmüş hərbçilərin ailələri artıq altı ildir yaxınlarının taleyi barədə heç bir dəqiq məlumat almadan yaşayırlar. Bu səbəbdən onlar üçüncü ölkələrin vasitəçiliyi ilə öz təşəbbüslərini həyata keçirməyə qərar veriblər.
“Hazırkı hakimiyyətin bizə izahat verməsi üçün bir həftə vaxtı var. Bundan sonra heç kim bizə nə etdiyimizi və ya hara getdiyimizi deməsin. Mən övladımın taleyi naminə doğru hesab etdiyim addımı atıram və heç kim buna mane ola bilməz”, – deyə o bildirib.
Qukasyanın sözlərinə görə, əgər dövlət qurumları onların tələblərinə məhəl qoymasa və yalnız təzyiq göstərməyə davam etsə, itkin düşmüş hərbçilərin ailələri birləşərək müstəqil fəaliyyətə başlayacaqlar.