Reklam resmi
Reklam resmi

Bu ölkədə FACİƏ: Onlarla ÖLƏN VAR

Bu ölkədə FACİƏ: Onlarla ÖLƏN VAR
Dünya
369

Qayana sahillərində MV Barima sərnişin bərəsinin batması nəticəsində azı 27 nəfər həlak olub, 83 nəfər isə itkin düşüb.

Ajans.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, faciə 18 iyul axşam saatlarında baş verib. Qəza zamanı bərədə olan 69 nəfər xilas edilib, itkin düşənlərin axtarışları isə dalğıcların iştirakı ilə davam etdirilir.

Qayana rəsmiləri batan gəmidə yaxınlarının ola biləcəyini düşünən vətəndaşları aidiyyəti qurumlarla əlaqə saxlamağa çağırıblar.

Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlanılıb.

Qeyd edək ki, MV Barima bərəsi Corctaun şəhərindən Port Kaytuma istiqamətində hərəkət edirdi. Demerara Waves nəşrinin məlumatına görə, gəmi heyətinin yardım siqnalı verməsi və işıqlandırıcı raket (fleyer) buraxmasından sonra bərə axtarış-xilasetmə qrupları tərəfindən havadan aşkar edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qayana qəza

Digər Xəbərlər