"Çelsi" "Aston Villa"dan Morqan Rocersi transfer edib
İngiltərənin "Çelsi" klubu "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocersi transfer edib.
Ajans.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, İngiltərə millisinin futbolçusu ilə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.
Sözləşmədə onun daha bir il uzadılması imkanı da nəzərdə tutulub. Daha əvvəl "Çelsi"nin bu keçid üçün "Aston Villa"ya 117 milyon funt sterlinq ödəyəcəyi bildirilmişdi.
Mövzular: