Moldovalı hakim yenə Azərbaycan klubunun oyununa təyinat aldı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə"nin Estoniyada "Payde"yə qarşı keçirəcəyi görüşün hakimləri açıqlanıb.
Ajans.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı moldovalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Roman Jitari olacaq. Moldovalı referi azərbaycanlı futbol azarkeşlərinə yaxşı tanışdır. O, iyulun 9-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) matçının (3:0) baş hakimi olub.
Mövzular: