Reklam resmi
Reklam resmi

46 yaşlı qadın qızdırmadan ÖLDÜ

46 yaşlı qadın qızdırmadan ÖLDÜ
Hadisə

Ağdaş rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Ajans.az xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva müalicə üçün yerləşdirildiyi Ağdaş Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. İlkin ehtimala görə, qadının yüksək hərarət səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma başlanılıb. (qafqazinfo)

Mövzular:
Ağdaş Hapıtlı Ağdaş Rayon Mərkəzi Xəstəxanası

Digər Xəbərlər