Azərbaycanın xarici ticarət dövriyyəsi milyardları ötüb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661,3 milyon ABŞ dolları təşkil edib.
Ajans.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədən 16 milyard 320,2 milyon dollar dəyərində məhsul ixrac olunub. Bu, ümumi xarici ticarət dövriyyəsinin 66,2 faizini təşkil edib.
Eyni zamanda, Azərbaycana 8 milyard 341,1 milyon dollar dəyərində məhsul idxal edilib ki, bunun da xüsusi çəkisi 33,8 faiz olub.
Beləliklə, ilk altı ayın yekunlarına görə Azərbaycanın xarici ticarət saldosu 7 milyard 979,1 milyon dollar müsbət olub.
Mələksəda Ziyad
Mövzular: