Reklam resmi
Reklam resmi

ABŞ Çin idxalına tətbiq olunan rüsumları dəyişməyəcək 

ABŞ Çin idxalına tətbiq olunan rüsumları dəyişməyəcək 
Dünya

ABŞ administrasiyası Pekinin Amerika seçkilərinə müdaxilə etdiyi iddialarına baxmayaraq, Çin məhsullarına tətbiq olunan idxal rüsumlarında dəyişiklik etməyi planlaşdırmır.

Ajans.az xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin ticarət və istehsal məsələləri üzrə müşaviri Piter Navarro bildirib.

O, ABŞ-nin Çinlə bağlı tarif siyasətinə yenidən baxıb-baxmayacağı ilə bağlı suala cavab olaraq bunun nəzərdə tutulmadığını deyib.

Navarronun sözlərinə görə, tarif siyasəti ilə seçkilərə mümkün müdaxilə iddiaları fərqli məsələlərdir.

Mövzular:
abş çin idxal rüsum

Digər Xəbərlər