Ermənistan Rusiyanı ALDATDI
Bu gün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İranın Bitki Mühafizəsi Təşkilatından Rusiyaya ixrac üçün fitosanitar sertifikatların verilməsini müvəqqəti dayandırmağı istəyib. Bununla bağlı, sözügedən xidmətin internet saytında məlumat paylaşılıb.
Ajans.az xəbər verir ki, bu addım 2026-cı ildə İrandan Rusiyaya gül göndərişlərinin kəskin artması fonunda atılıb.
Rosselxoznadzor ehtimal edir ki, söhbət Rusiyanın idxal məhdudiyyəti tətbiq etdiyi Ermənistandan gətirilən güllərin İran üzərindən təkrar ixracından gedir. Bəyanatda qeyd olunur ki, fitosanitar sertifikatlarda məhsulların mənşə ölkəsi İran göstərilsə də, güllərin xarici görünüşü və qablaşdırılması əvvəllər Ermənistandan idxal olunan məhsullarla eynidir.
Mövzular: