İran ABŞ-yə xəbərdarlıq edib
Rəsmi Tehran ABŞ-nin İrana qarşı hücumları 2-3 gün ərzində davam edərsə, müdafiə əməliyyatlarından hücum əməliyyatlarına keçəcək.
Ajans.az xəbər verir ki, bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rzai İran dövlət televiziyasının efirində danışıb.
"Əgər ABŞ-nin hücumları qarşıdakı iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsindən "hücum və tam məhvetmə" mərhələsinə keçəcək", - deyə o, bildirib.
Mövzular: