Reklam resmi
Reklam resmi

Latviyada ölüm sayı doğulanların sayını üstələyib 

Latviyada ölüm sayı doğulanların sayını üstələyib 
Dünya

Latviyada əhalinin azalması davam edir.

Ajans.az xəbər verir ki, ölkənin Mərkəzi Statistika İdarəsinin ilkin məlumatlarına görə, 2026-cı ilin ilk beş ayında ölüm halları doğum sayını 6 859 nəfər üstələyib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 6 428 nəfərlik fərqdən də yüksəkdir.

Hesabata əsasən, yanvar-may aylarında ölkədə 4 589 uşaq dünyaya gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz azdır. Təkcə may ayında 947 doğum qeydə alınıb.

Eyni dövrdə ölüm halları 1,9 faiz artaraq 11 448-ə çatıb. Nikahların sayı isə 19,8 faiz azalaraq 2 396 olub.

İlkin hesablamalara görə, 2026-cı il iyunun 1-nə Latviyanın əhalisi 1 milyon 833 min nəfər təşkil edib.

Mövzular:
latviya əhali azalma Mərkəzi Statistika İdarəsi

Digər Xəbərlər