Reklam resmi
Reklam resmi

Moldova 2030-cu ilədək Avropa İttifaqına üzv OLACAQ

Moldova 2030-cu ilədək Avropa İttifaqına üzv OLACAQ
Dünya

Moldova 2030-cu ilədək Avropa İttifaqına (Aİ) üzv olmağı qarşısına məqsəd qoyub və bu çərçivədə yay mövsümünün sonunadək Brüssellə bütün danışıq klasterlərinin açılmasına nail olmağa çalışır.

Ajans.az xəbər verir ki, bu barədə Moldova Parlamentinin sədri və hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) sədri İqor Qrosu məlumat verib.

Qrosunun sözlərinə görə, Kişinyov Avropa tərəfdaşlarını yay aylarının sonuna qədər bütün altı danışıq klasterinin açılmasına razı salmaq üçün səylərini davam etdirir.

"Biz bütün klasterlərin açılması ilə bağlı siyasi qərar artıq qəbul olunmuş kimi islahatları davam etdirir, qanunları qəbul edirik və üzərimizə düşən öhdəlikləri yerinə yetiririk", – deyə o, Moldova 1 telekanalına müsahibəsində bildirib.

Parlament sədri qeyd edib ki, Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq istəyirsə, üzvlüklə bağlı danışıqları 2028-ci ilədək başa çatdırmalıdır.

Onun sözlərinə görə, ölkənin hələ dörd danışıq klasterini açması lazımdır və bunun üçün texniki hazırlıq işlərinə artıq başlanılıb.

Qeyd edək ki, 2025-ci il parlament seçkiləri zamanı Prezident Maya Sandu və hakim PAS Partiyası Moldovanın 2028-ci ilədək Aİ-yə üzv olacağını vəd etmişdi. Lakin partiyanın son proqramında bu müddət dəyişdirilərək 2030-cu il hədəfi göstərilib.

Ekspertlər xatırladırlar ki, Aİ-yə üzvlük danışıqlarının başlanması üzvlüyə zəmanət vermir və proses üçün dəqiq vaxt çərçivəsi müəyyən edilmir. Məsələn, Türkiyə 2005-ci ildən etibarən Aİ ilə üzvlük danışıqları aparsa da, hələ də birliyə qəbul edilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Moldova Avropa İttifaqı

Digər Xəbərlər