Reklam resmi
Reklam resmi

Bir SMS möcüzə yaratdı: Dənizdə ölümün pəncəsindən qurtuldu

Bir SMS möcüzə yaratdı: Dənizdə ölümün pəncəsindən qurtuldu
Hadisə

ABŞ-nin Miçiqan ştatında sahil mühafizəçiləri Huron gölündə hava ilə doldurulan döşəyin üzərində sahildən 10 km uzaqlaşaraq həyatı təhlükə altına düşən 32 yaşlı qadını sudan çıxarıblar.

Ajans.az bu barədə "MLive.com" saytına istinadən xəbər verir.

Bildirilir ki, qadının yerini onun telefon şəbəkəsi itməzdən az öncə yollaya bildiyi qısa mesaj sayəsində müəyyənləşdirmək mümkün olub.

Hadisə iyulun 13-də axşam saatlarında baş verib. Tander-Bey körfəzi rayonunda sahil kənarında istirahət edən qadın əvvəlcə sahildən cəmi bir neçə metr uzaqlaşıb. Lakin güclü axın onu sahildən çox uzağa aparıb, özü müstəqil şəkildə geri qayıda bilməyib.

Çətin vəziyyətdə qalan şəxs son anda kömək üçün yaxınlarından birinə SMS yollamağı bacarıb. Bundan dərhal sonra xilasedicilər axtarış-xilasetmə tədbirlərinə start veriblər.

Onun sudan çıxarılmasına Sahil Mühafizəsinə məxsus "MH-60 Jayhawk" markalı helikopter də cəlb edilib.

Xilas edilən şəxs yaxınlıqdakı hərbi hava bazasına aparılıb və orada tibb işçiləri tərəfindən ona müvafiq yardım göstərilib.

Mövzular:
Miçiqan Huron gölü Sahil

Digər Xəbərlər