Reklam resmi
Reklam resmi

Səmada gözlənilməz mesaj: Pilotun yazdığı söz GÜNDƏM OLDU

Səmada gözlənilməz mesaj: Pilotun yazdığı söz GÜNDƏM OLDU
Dünya
410

Böyük Britaniyada bir pilot sınaq uçuşu zamanı etdiyi manevrlərlə səmada "Darıxıram" sözünü yazıb.

Ajans.az xəbər verir ki, hadisə İngiltərə və Uels sərhədi yaxınlığında baş verib. Flightradar24 məlumatlarına görə, Ravenair aviaşirkətinə məxsus təyyarənin uçuş trayektoriyası nəticəsində yaranan yazı izləmə sistemində qeydə alınıb.

Məlumata əsasən, uçuş ümumilikdə təxminən iki saat davam edib. Pilot "Darıxıram" sözünü formalaşdırmaq üçün təxminən 20 dəqiqə ərzində bir sıra kəskin dönüşlər həyata keçirib.

Ravenair şirkəti bildirib ki, pilotun 20 yaşlarında olduğu və hadisə ilə əlaqədar ona qarşı heç bir intizam tədbiri görülməyib.

Şirkətin əməliyyatlar üzrə meneceri Ueyn Barrett qeyd edib ki, sınaq uçuşları təyyarədə aparılan texniki işlərdən sonra bütün sistemlərin düzgün işlədiyini yoxlamaq məqsədi daşıyır.

"Bu uçuş zamanı heç bir texniki problem aşkarlanmadı. Təyyarə təhlükəsiz şəkildə anqara qayıtdı, pilot isə bu gün məzuniyyətdədir", – deyə Barrett bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya təyyarə pilot

Digər Xəbərlər